Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Məmurlarımız niyə dərk etmirlər ki, bu dünya müvəqqətidir, öləndə heç nə apara bilmirsən...”

“Məmurlarımız niyə dərk etmirlər ki, bu dünya müvəqqətidir, öləndə heç nə apara bilmirsən...” “Ölkə başçısının məmurlarla bağlı dediklərini alqışlayıram. Doğrudan da çox özbaşınalıqdır. Məsələnin 50-60 faizi yerinə yetirilsə, mən çox sevinərəm. Çünki doğrudan da insanlar bezib. Hara gedirsən ancaq rüşvət istəyirlər. Hamı pul gözləyir, bu nə deməkdir. Çox qarmaqarışıq bir mühitə düşmüşük”   Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. R.Balayev məmurların insanlardan pul ummasına təəssüfləndiyini bildirib:   “Korrupsiya insanlarımızı, gənclərimizi korlayır. Bir var insan öz fəaliyyətindən ləzzət alıb işləyə, amma bir də var ki, adam fikirləşir ki, hardan necə pul qoparım. Yəni bu əqidəylə böyümək olmaz. Hər şeyin həddi var. Cənab Prezidentin bu çıxışı təqdirəlayiqdir. Məmurdu neynək, qoy yaxşı dolansın, amma hər şeyin bir həddi var axı. Qiyməti milyonlarla ölçülən villalar tikirlər. Ayıbdır vallar. Məmurların əksəriyyəti korrupsiyayla məşğuldur. Nə olub, nə xəbərdir. Məmurlarımız niyə dərk etmirlər ki, bu dünya müvəqqətidir və sən öləndə heç nə apara bilmirsən. Bunu görmək lazımdır, bu nə deməkdir axı. Ümid edirəm ki, ölkə başçısının dediklərindən həmin məmurlar nəticə çıxaracaqlar”.   Qeyd edək ki, Prezident İlham Əliyev çıxışı zamanı məmurlara sərt xəbərdarlıq edib. Ölkə başçısı korrupsioner məmurların xidmətini hətta “ayı xidməti”nə bənzədib.