Əməkdar artist Elza Seyidcahan bir neçə gündür müzakirə olunan açıqlamasına aydınlıq gətirib.
"Qadının borcudur ki, kişinin xıyanıtini bağışlasın” deyən sənətçi bu fikri “Elgizlə izlə” proqramında qonaq olarkən izah etməyə çalışıb.
O, deyib ki, son zamanlar boşanmış qadınlarla çox ünsiyyətdə olur:
“Məsələn, saç ustası deyir ki, boşanıb özü də xalası oğlu ilə evli olub. Xəyanət etdiyi üçün ayrılıb, əri də uşaqlara baxmır, yenidən evlənib. Qız da indi peşman olub, çünki oğlanın artıq ailəsi var. Qız deyir ki, ərinin telefonunda mesajını tutub. Mən elə qadınlar görmüşəm ki, həyat yoldaşlarının başqa yerdə övladı var, ona deyirlər bunu, lakin ərini müdafiə edir. Ağıllı olmayıb nə edəcəksən ki, nə qazanacaqsan? Baxır necə xəyanətdir. Bəzi şeylər var ki, onu da demək istəmirəm. Qadın öz zəifliyini ortaya çıxardır. Xanımın övladları dünyaya gələndən sonra həyat yoldaşaları uşaqlarının atası olur. Qadınlar ərlərinin nazı ilə oynamaq əvəzinə, onlara əmr verirlər. Deyirlər, borcundur”.