Əməkdar artist Elton Hüseynəliyev estetik etdirən məşhur bəyləri tənqid edib.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə o, “Günün sədası” proqramında danışıb.
Elton qeyd edib ki, botoks, estetik kişi üçün deyil:
“Özüm burun əməliyyatı keçirmişəm. Nəfəs ala bilmirdim, çəpər əyriliyi var idi. Az da olsa, estetik olub. Amma Baxan başa düşmür. Xanımlar gözəllikləri üçün estetik edə bilərlər. Kişinin estetik etdirməsi nəyə lazımdır? Deyirlər ki, səhnə qurban tələb edir. Səhnənin adını çəkib ora nəyisə yamamaq lazım deyil. Estetik, botoks kişi üçün deyil!
Bir məclisdə idik, Rafet El Roman da dəvət olunmuşdu. Onu tanıya bilmədim. Belə Rafet olar? Yanaqlarına nələrsə etdirmişdi. Rafet El Roman yox, Rafet El “Yanaq” olmuşdu”.