Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Yoldaşım maşına görə məni, övladlarını atdı”

“Yoldaşım maşına görə məni, övladlarını atdı”

“Valideynlər var ki, oğluna deyirlər ki, maşının açarını qoy bura, get arvadınla boşan, sonra gəl. Ailələr var ki, avtomobil anasının adınadır deyə, arvadından boşanıb ki, yoxsa, anam maşını əlimdən alacaq”.

Bu sözləri Əməkdar artist Elza Seyidcahan Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində deyib. O daha sonra misal çəkdiyi ailənin öz ailəsi olduğunu etiraf edib:

“İnanın ki, böyük kişilər ailələrini, uşaqlarını maşına, vəzifəyə görə atırlar. Mən də bu hadisəni yaşamışam. Həyat yoldaşımın qırmızı “nol altısı” ( Vaz 2106 – red.) var idi, bir şey olan kimi açarı götürürdülər. Məni, uşaqlarını yox, maşını seçdi. Vaxt var idi avtomobildə öndə oturmağa icazəm yox idi. Məni qoymurdular. Öndə ancaq mənim baldızım, qayınanam oturub, acıq verirdi”.