Aparıcı Zülfiyyə Bayramova rejissor Nail Naiboğlunun "Qırmızı" "Youtube" layihəsinin qonağı olub.
O, keçirdiyi xərçəng xəstəliyindən, həmin ərəfələr yaşadığından danışıb:
"Saç ustama zəng etdim ki, saçlarım tökülür. Onu qırxmaq lazımdır. Amma bir xahişim var, salonda heç kim olmasın, çəkməsin. Utanc bilirdim... Düşünürdüm, çəkilib paylaşılarsa, nə olar? Getdim salona qapı açıldı, hamı qarşımda keçəl dayanıb. Salon doludur adamla, hamı da keçəl. İlqar (həyat yoldaşı, aparıcı İlqar Mikayıloğlu - red.) məndən sonra ustaya zəng edib ki, onu belə qarşılayaq, kompleksi atsın. Onları gördüm, məni gülmək tutdu. Özüm başladım çəkməyə.
Bu xəstəliyi eşidəndə birinci özümü qoydum kənara. İnsanları duşundum, bacım, anam o xəstəlikdən rəhmətə getdi. Onkoloji mərkəzdə qadınları görurrdüm, keçəllikdən qorxurdular. Yayın istisində başları sarıqda gəlirdi. Onların gözü qarşısında müalicə edəcəm. Ölsəm də, sağalsam da onların gözü önündə olacam. Hər şeyi də instaqramda paylaşırdım. Məqsədim o idi ki, qalib gələcəm, etdim də".