Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Amerikada yaşayan azərbaycanlı müğənni Bakıda izləyicilərinə PUL PAYLAYIR

Amerikada yaşayan azərbaycanlı müğənni Bakıda izləyicilərinə PUL PAYLAYIR

Rauf Kingsley... Bu ad şou biznesdə yeni olsa da, gördüyü işlərlə artıq özündən söz etdirməyi bacarıb. 

Bu dəfə Rauf şou biznesdə olmayan bir ilkə imza atıb. O, "Instagram" izləyicilərinin kartına pul köçürüb.
Belə ki, yeni albom ilə bağlı Rauf dinləyicilərlə maraqlı yarışma keçirib.

O, Instagram hekayəsində çıxacaq albomu ilə bağlı üç sual ünvanlayıb və hər üç suala düzgün cavab verənləri mükafatlandıracağını bildirib.
 

Daha sonra isə sənətçi daha çox dinləyicini sevindirmək qərarına gəlib və toplamda 2000 AZN-ə yaxın pul göndərib.

Hələ də Rauf izləyiciləri pul göndərməkdə davam edir. O, pul göndərdiyi izləyicilərin profillərini də öz hekayə bölümündə paylaşıb.