Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Yuxarı sinif uşaqlarından bir-iki oğlanı sevirdim” Röya Ayxan

“Yuxarı sinif uşaqlarından bir-iki oğlanı sevirdim” Röya Ayxan

“Məktəbi 1998-ci ildə bitirmişəm. Bir onu bilirəm ki, çox populyar idim, “W- Trio”da yer almışdım. Məktəbə məşhur biri kimi attestat almağa getmişdim”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Tap-a- tap” layihəsinə qonaq olarkən deyib. Müğənni verilişdə məktəb illəri barədə verilən sualları cavablandırıb.

 

Röya daim yuxarı sinif şagirdləri ilə dostluq etdiyini, hətta bir neçə oğlanı sevdiyini bildirib: “Məktəbdə yarıya kimi rus, sonra Azərbaycan bölməsində təhsil almışam. Yaxşı oxumamışam. 10 yaşımdan etibarən davamlı olaraq məktəbə gedə bilməmişəm. Qardaşlarım dünyaya gəlib, iki bacı onlara baxmışıq.

Məktəb illərində yadımda qalan o olub ki, benzin qoxusunu çox sevirdim. Axıra qalıb döşəməni benzinlə silib təmizləmək istəyirdim. Bundan əlavə, Xəyyam Nisanovla davalar edirdik, yuxarı sinfin uşaqları ilə dostluq etməyi sevirdim. Yuxarı sinif uşaqlarından bir-iki oğlanı sevirdim. Onların üstündə həmişə Xəyyamla mübahisə edirdik”.