Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Qərar ver kimsən, saç ustasısan yoxsa disk daşıyan?” - Elnarə Elnuru lağa qoydu

“Qərar ver kimsən, saç ustasısan yoxsa disk daşıyan?” - Elnarə Elnuru lağa qoydu

Elnarə Xəlilova və stilist Elnur Həsənov arasında qalmaqal alovlanıb. 
SHOWNEWS.AZ xəbər verir ki, Elnarə stilisin atmacalarını cavabsız qoymayıb. O, sosial şəbəkədə etdiyi paylaşımda Elnuru lağa qoyub:

"Sənin haqqın yoxdu,dinmə,

Beynimin də ətin yemə )
Versachesən,yoxsa Guchi?
Trusardisən,yoxsa Fendi?
Kimsən axı? Bir qərar ver )
Saç ustası,ya qrimyor?
Stilist,skeptist,imagemaker?
Disk daşıyan,ya kontrolyor?
Məncə özünü sən az yor )
Bəzədiyin gəlinlərin 
Yerində olmaq istəməm )
Gəlinə bəyaz yaraşır
Sən daha çox mazut çəkən )
Geyindirdiklərininsə 
Alt paltarı üstdə qalır )
Yazıq məşhur xanımlarımız
Bardel onlardan yaxşıdır )
Zövqlərə isə gəlincə
Birdəfəlik qan və bil!
Müxtəlif olur onlar,insan tək
Tartışılmır,didişilmir
Kimə nə necə rahatdır
Bax elə də geyinilir. 
Kliplərimin birində
Mənə make up eləmişdin )
Rejissorun təkidilə
Qrim üzümdən silinmişdi )
Sənin qəlbini qırmadım
Adını da titrə yazdırdım
Sadəcə klipdə qrimdən çox
Üzü silməyim düşmüşdü )
Məncə,sən bir iş görsən olar
Ya vizaj et,ya da kolor
Geyim sənlik deyil,inan,
Parnoqrafik,ürəkbulandıran
Sonuncu obrazlarının
Trt-dən sorağı gəlir
Sən açırsan,millət örtür
Məncə bəsdir,artıq yetər!
Az biyabır elə bizi
Az özünü reklam elə
Sənə reklam lazımdırsa
Məncə stilistlərlə yarış
Yarışmağa gücün çatsa
Bax gəl ondan sonra danış )
Dünyaca məşhurlarımız
Heç özün bu qədər öymür
Gəlinlərə mazut sürtüb
Özünü bəyə söydürmür )
Yaxşısı budur sus,lal ol!
Və get öz işinlə məşğul ol! 
TÖKÜLÜŞÜN EYYY,ƏLA MATERİAL VAR".

Qeyd edək ki, Elnur "Deməsəm olmaz" verilişində müğənnini zövqsüzlükdə ittiham edib:

"Üzümü tuturam, canım, dostum Elnarəyə: stilistlərlə dostluq et. Kimisə yanında gəzdir, böyük sənətin var. Oxumaq tərzin bir çoxlarından yüksəkdir. Kimsə mahnı tərzi ilə tutuzdura bilər, "Youtube"da bayağı mahnı ilə trend ola bilər. Sən onlardan deyilsən. Bu gün hər qiymətə geyim var. İnsanın zövqü olmaya bilər. Ətrafında zövqlü dostların var, onlardan yardım al. Zəng et mənə, de ki, yardım et geyinim. Bağlı geyin, amma zövqlü geyin. Hər qiymətə hər şey tapmaq olar. Sənətdəsənsə, tamaşaçı önünə bu cür çıxmağa ixtiyarın yoxdur.

Səhnə adamısan, bir paltarı bir dəfə geyinirsən. İmkanın varsa, marka geyin. Yoxdursa saxta geyinmə, ucuz qiymətə yaxşı paltar al. Açıq-saçıq geyinməmək bəhanədi. O yaşın yoxdur ki, qısa paltarlar geyinəsən".