Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

MTV-də yeni layihə İsa Şükürovun təqdimatında - MTV MAQAZİN

MTV-də yeni layihə İsa Şükürovun təqdimatında - MTV MAQAZİN

Tanınmış telejurnalist İsa Şükürov MTV-də işə başlayıb. 
SHOWNEWS.AZ xəbər verir ki, İsa "MTV Maqazin" adlı yeni verilişlə tamaşaçıların qarşısına çıxacaq. 

 

Bu haqda danışan aparıcı maqazin ənənələrinə sadiq qalacağını bildirib:

"Yeniliklər mütləq olmalıdır. Çünki yenilik inkişafdır. Bir də ən əsası çox istərəm ki, bütün kanallarda maqazin verilişləri olsun. Sağlam rəqabət olmadan inkişaf olmur. "MTV Maqazin" verilişinin də uğurlu olacağına inanıram. Çünki işin keyfiyyətli olması üçün kanal rəhbərliyi hər bir şərait yaradır. Tezliklə yayım tarixini də açıqlayacağıq".

Qeyd edək ki, İsa Şükürov daha əvvəl ARB TV-də "Show News" həftənin 5 günü yayımlanan maqazin verilişinin aparıcısı olub.