Silahlı hücum nəticəsində həyatını itirən türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, "Beşiktaş" klubunun sabiq rəsmisi, vəkil Şafak Mahmutyazıcıoğlunun cənazəsi Rize şəhərinin Fındıklı kəndinə gətirilib.
Hadisədən sonra özünə gələ bilməyən Ece də dəfnə qatılanlar arasında olub.
"Onu çox sevirdim, buna necə dözəcəyəm? Çox tez getdi. Kaş onun yerinə mən ölərdim" - deyə, aktrisa göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, Şafak Yeşilköydə restoranlardan birindən çıxarkən gecə Türkiyə saatı ilə 00:30 radələrində adı açıqlanmayan şəxs və ya şəxslər tərəfindən güllələnib.
Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.