Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Kardi Bi mənə qarşı linç kampaniyası başladıb” - Hande Doğandemir

“Kardi Bi mənə qarşı linç kampaniyası başladıb” - Hande Doğandemir

Türkiyəli məşhur aktrisa Hande Doğandemir "Möhtəşəm Yüzyıl" filmindəki roluna görə tanınmış reper Kardi Binin Tvitterdə ona qarşı linç kampaniyasına başladığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, aktrisa bu barədə şou proqramların birində danışıb.

 

Bir müddət "Muhteşem Yüzyıl" serialında rol alan H.Doğandemir Kardi Binin onu Tvitterdə narahat etdiyini deyib:

“Kardi Bi “Mühteşem Yüzyıl” serialının “xəstəsidir”. Mən serialda Kösemi öldürən Turhan Sultan rolunu canlandırmışam, buna görə məni təhqir edir. Tvitterdə mənə qarşı linç kampaniyası başladıb. Mənə “Allah bəlanı versin” deyib. Mən də, “Nə olub, Kardi, xeyirdir, nə baş verir?”, - deyə cavab verdim”.

Kardi Bi serialın final bölümünü izlədikdən sonra türkiyəli rejissorlara səslənib:

“Türk rejissorlar, lütfən, daha bir sultan serialı çəkin. Buna həyatımda ehtiyacım var. Həqiqətən, çox ehtiyacım var”.