Əməkdar artist Mətanət İsgəndərli ötən ay dünyasını dəyişən atası ilə bağlı paylaşım edib.
O, mərhumla görüntülərini instaqramda yerləşdirib. Sənətçi paylaşıma bu şərhi verib:
“Atalı günlərim, haradasınız? Haradan tapım sizi? Ey zalım, bivəfa, nankor dünya… Nifrət edirəm sənə, ey dünya! Atamı əlimdən alan dünya, neynirəm səni ? Nəyimə lazımsan? Sən ki, mənim əlimdən atamı aldın… Düşmənimsən, ey dünya, düşmənim! Gözün kor olsun, dünya! Axı atam yaşamaq istəyirdi. Onunla bağlı o qədər arzularım var idi. Atamın o yaralı, parçalanmış ürəyi dözə bilmədi, bu haqsız, zalım dünyaya. Allah sənə rəhmət etsin, ruhun şad olsun, mənim əziz atam. Ömrüm boyu qəlbimdə yaşayacaqsan. Hər zaman allaha yalvaracam ki, bizi axirətdə qovuşdursun”.