Məşhur televiziya aparıcısı və prodüser Tarix Əliyev “Tik-tok” sosial şəbəkəsindən rəsmi təstiqlənmiş hesabını silib.
SHOWNEWS.AZ xəbər verir ki, hətta axtarışa verərkən belə Tarix Əliyevin mavi tıklı hesabı çıxmır.
Bu haqda danışan prodüser həmin platformadan birdəfəlik uzaqlaşdığını açıqladı:
“Tik-tok”da olan bir sıra aqressiv kütlə əsasən tanınmış insanları gözdən, nüfuzdan salmağa çalışır. İllərdir yığdığım, qazandığım hörməti “Tik-Tok”da itirmək istəmirəm. Ona görə də qərara gəldim ki, 260 min izləyicim olan rəsmi tıstiqlənmiş hesabımı silim. Bundan sonra orada olmayacağam”.