Türkiyənin məşhur cütlüyü, aktyor Burak Özçivitlə aktrisa Fahriye Evcenin İnstaqramda etdikləri reklamlardan qazandıqları məbləğ bəlli olub.
SHOWNEWS.AZ xəbər verir ki, cütlük gündəlik yox, illik razılaşma ilə təklifləri qəbul edir. Onlar reklam qarşılığında illik 10 milyon lirə (təxminən 1 milyon 271 min manat) əldə edirlər.
Qeyd edək ki, aktrisanın İnstaqramda 12 milyon 500 min, aktyorun isə 20 milyon izləyicisi var.