Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“İkinci baharımı yaşayıram” - Tünzalə

“İkinci baharımı yaşayıram” - Tünzalə

Xalq artisti Tünzalə Ağayeva ikinci baharını yaşadığını etiraf edib.

Bu barədə o, “Günün sədası” verilişinə müsahibəsində danışıb.

 

O, sevgiyə ehtiyacı olduğunu deyib: “Hər bir insanın nəyə ehtiyacı varsa, mənim də ona ehtiyacım var. Sevgiyə də ehtiyacım var. Qadın bir çiçəkdir, ağacdır. Onun hər zaman bəslənməyə ehtiyacı var. Bəhram Bağırzadə (Əməkdar artisti-red.) mənə deyir ki, sənə nə olub, aşiq olmusan? Deyirəm, hə...”.

Müğənni sevdiyi insanın kimliyini açıqlamayıb: “Mənim bunu söyləməməyə böyük haqqım var. Mənə görə desəm, heç nə dəyişməyəcək. Adını çəkməyəcəm. Hamının həyatında normal dəyərlərdir. İnsan öz ailə məqamlarını, münasibətini açıb göstərməyi və ya göstərməməyi özü seçir. Mənə belə rahatdı, istəməmişəm ailə mövzuları üzərində piarım getsin. "O, filankəsdir, adı, yaşı budur" deməmişəm. 20 ildir demədim, deməyəcəyəm də... Şəxsi həyatımda xoşbəxtəm. İkinci baharımı yaşayıram".

Qeyd edək ki, T.Ağayeva bir dəfə ailəli olub, bir qız övladı var.