Tanınmış rəqqasə Renkanın atası bu gün səhər saatlarında dünyasını dəyişib.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rəqqasə özü Xeberci.az-a gözyaşları içərisində təsdiq edib:
"Karona atamı məndən aldı. Hər kəs qorxsun bu xəstəlikdən. Bir həftə çəkmədi ki, rəhmətə getdi. Çox danışa bilmirəm, hamımız evdə xəstəyik”.
Qeyd edək ki, Renkanın atası 63 yaşında dünyasını dəyişib.