Türkiyəli müğənni Sinan Akçıl ilə həyat yoldaşı Burcu Kıratlının ikinci dəfə boşanmaları rəsmiləşib.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda müğənni özü türkiyəli jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib:
"Məhkəmə oldu. Boşanmamız rəsmiləşdi. Ümid edirəm ki, hər ikimiz üçün xeyirli olar".
Müğənni uşaqlarının olmamasına da eyham vurub. "Mən ata olmaq istəyirəm" - deyə, Sinan Akçıl bildirib.
Müğənninin xanımı isə "Instagram" hesabında ərinin soyadını silməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, ilk dəfə cütlük 2018-ci ildə evlənib. Onların evliliyi 8 aya yaxın çəkib. 2019-cu ildə boşanıblar.
2 ildən sonra Sinan və burcu yenidən 2021-ci ilin fevral ayında rəsmi şəkildə ailə qurub. İkinci dəfə onların evliliyi cəmi 1 il çəkib. Cütlük yenidən boşanma qərarı verib.