Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"5 ildir məni sevirmiş" - Aysun nişanlısı ilə tanışlığından danışdı:

"5 ildir məni sevirmiş" - Aysun nişanlısı ilə tanışlığından danışdı:

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova nişanlısı ilə tanışlığından danışıb.

 

AZXEBER.COM xəbər verir ki, instaqram hesabında canlı yayımında izləyicilərinin suallarını cavablandıran Aysun Eşqinlə necə tanış olduğunu açıqlayıb:

 

"Eşqin anamgil ilə görüşmək üçün bizim restorana gəlmişdi. Orada məni gördü və vuruldu. Sən demə onun 5 ildir ki, məndən xoşu gəlirmiş. Sonra qaynanam mənə dedi ki, "5 il əvvəl sənin videolarını mənə göstərirdi ki, gör nə qəşəng qızdır. İkimiz də elə ilk görüşdə bir-birimizə vurulduq".

 

Qeyd edək ki, Aysunun nişan mərasimi bu il yanvarın 26-da Moskvada baş tutub.