Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rauf koronavirusa yoluxdu - PLANLARI ALT-ÜST OLDU

Rauf koronavirusa yoluxdu - PLANLARI ALT-ÜST OLDU

Amerikada yaşayan gənc azərbaycanlı ifaçı Rauf Kingsleyin planları da, pulları da havaya uçub. 
 

Reper Paster ilə klip çəkilişinə görə bu gün səhər Moskvaya uçmalı olan Raufun koronavirus testinin cavabı pozitiv çıxıb və ifaçı karantinə alınıb. 
 

Bu haqda danışan Rauf pullarının boşuna getməsinə yox, klip çəkilişinin baş tutmamasına heyfisləndiyini deyir:

"Hər kəs bilir ki, Moskva bahalı şəhərdir. Bu gün səhər komandam ilə birlikdə uçmalı idim. Orada hamının oteli, çəkiliş üçün kirayə götürülən məkanın və avadanlıqların, hətta klipdə rol alacaq aktyorların pulu belə ödənmişdi. Hər şey yarımçıq qaldı. Bircə ona sevinirəm ki, heç olmasa komandam indi orada istirahət edir. Bu yeganə təsəllimdir".

Rauf karantin bitəndən sonra yenidən çəkilişə başlayacağını əlavə etdi. 
 

Qeyd edək ki, müğənni 22.02.2022 tarixində yeni işıq üzü görəcəyi albomunun ilk mahnısını təqdim edəcək.