Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Hande Yenerin səhnəyə “mersedes”lə çıxması gündəm oldu

Hande Yenerin səhnəyə “mersedes”lə çıxması gündəm oldu

Türkiyəli müğənni Hande Yener bu dəfə səhnə kostyumu ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ifaçı ötən gecə səhnə üçün seçdiyi geyim izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. İç geyimi üstdən geyinən Handenin ağ şalvarı divan örtüsünə bənzədilib.

 

Sosial media üzərindən müğənniyə "Divan örtüyünü kostyum edib", "Bu, bazarda hər rəngi satılan stul üzlüyü deyil?", "Hamı Gülşen kimi olmağa çalışır, amma onun geyimlərində səhnə fərqi hiss olunur" kimi şərhlər ünvanlanıb.

Qeyd edək ki, Hande bir müddət əvvəl ayaq barmağı sındığı üçün səhnəyə əlil arabasında çıxmışdı.