Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Oğlunun Rusiya şou-biznesinə qatılması üçün 40 min dollar xərclədi

Oğlunun Rusiya şou-biznesinə qatılması üçün 40 min dollar xərclədi

Müğənni Nadir Qafarzadə müğənni oğlu Əzizin Rusiya şou-biznesinə qatılması üçün 40 000 ABŞ dolları xərcləyib.
 

Bu barədə o, “Şourum” verilişində danışıb: “Oğlum dedi ki, mən özümü orada (Rusiya şou-biznesində -red.) görə bilirəm. Xətrinə dəymədim. Sponsoru yoxdur, özüm kömək edirəm. Hələ 40 min dollar xərcləmişik. Klip, mahnının alınması, fotosessiya və s. Bilirsiniz ki, çox bahalı ölkədir”.

Qafarzadə oğlunun şansına inandığını bildirib: “Mənim oğlum kimi o qədər oxuyanlar var ki... Ondan yaxşı oxuyanlar da var. Burada şans söhbəti var. Şansı gətirə, gətirməyə də bilər. Bunu zaman göstərər. Onun istəyidir, istəyini ürəyində qoymadım. Bir ata kimi boynuma düşən vəzifəmi yerinə yetirirəm və ona dəstək oluram”.