Son günlər koronavirusa yoluxma hallarının artması, bəzi günlərdə yoluxmanın 7 mindən də yüksək həddə çatması karantin qaydalarının yenidən sərtləşdirilib-sərtləşdirilməyəcəyi sualını ortaya çıxardıb.
Yoluxmanın artması səbəbindən bəzi sahələrdə qapanmaların ola biləcəyi ehtimalını artırır. Virusun ən çox el şənliklərində yayıldığını nəzərə alsaq, bu sahədə hansısa bir yeniliyin olub-olmayacağı ciddi suallar doğurur.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan müğənni Manaf Ağayev toyların bağlanmasına ehtiyac olmadığını deyib:
"Toy var ki, bağlasınlar? İndi toydan çox, yas var. Tək-tük adamı çıxmaqla yanvar, fevral ayında heç kim toy etmir. İndi olmayan toylara görə yoluxma artır? Yaslar ondan çoxdur".
Müğənni restoranların, şou proqramların toylardan daha çox olduğunu və onlarla bağlı tədbirlərin görülməli olduğunu deyib:
"Toylardan daha çox restoranlar işləyir, şou-proqramlar işləyir".