Xalq artisti Emin Ağalarov yeni biznes qurur.
OLAY yazır ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Qeyd olunub ki, E. Ağalarov Aleksandr Kolobov və Boris Zarkovla birgə yeni gecə klubları və karaoke şəbəkəsinə sərmayə qoyublar.
Qəzet vurğulayır ki, dörd klubun açılması 300 milyon rubldan (6,7 milyon manatdan çox) baha başa gələ bilər.