“SOY” prodakşının rəhbəri, prodüser Oqtay Əliyev müğənnilər Xatirə İslam, Natavan Həbibi və reper Elşad Xosenin efirə çıxmaq üçün qonorar istəməsinə münasibət bildirib.
Bu haqda o, OLAY-a danışıb. O. Əliyev sözügedən məşhurların qonorarla efirə çağırılmadığını deyib:
“Onları pul verərək dəvət edən oldumu? Xeyr! Bu da bütün sualların cavabıdır. Onlar dedilər ki, qonorarla çıxırıq. Cavab da odur ki, heç kim çağırmır. Qurtardı, getdi. Heç bir problem yoxdur. Onsuz da efirlər davam edir”.