Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bayram Nurlu Rusiya vətəndaşlığı alır - EV HƏDİYYƏ OLUNDU

Bayram Nurlu Rusiya vətəndaşlığı alır - EV HƏDİYYƏ OLUNDU

Sosial şəbəkə fenomeni Bayram Nurluya Moskvada lüks mənzil hədiyyə olunub. 
SHOWNEWS.AZ-a danışan Bayram Moskvada çoxlu imkanlı dostlarının olduğunu açıqlayıb:

"Çox hörmətli insan və dostum mənə Moskvanın ən bahalı ərazilərindən biri olan "Moscow City"də lüks mənzil hədiyyə etdi. Qəbul etmirdim. Utanıram. Hədiyyələri sevirəm, düzdür. Amma indiyədək mənə mənzil hədiyyə olmayıb. Özü də dəyəri milyonlarla olan mənzil... Hələ mənzili görməmişəm. Sabah aparacaq, açarlarını da verəcək. Bircə onu bilirəm ki, Moskvada  qonşularımın çoxu Rusiyanın şou biznes ulduzlarıdır".

 

Bayram həmçinin ona Rusiya vətəndaşlığı almağı  da məsləhət görüldüyünü deyib:

"Bilirsiz ki, hər ay Rusiyaya istirahətə gedirəm. Hər gedəndə bahalı otellərə ağılasığmaz pullar xərclənir. Elə ona görə də yaxın dostum mənə mənzil hədiyyə etdi. Hətta məsləhət görür ki, vətəndaşlıq alım. Bu məsələdə qərarsızam".