"Bizim ailədə 5 nəfər adam var. Onlardan ikisi Xalq artisti, ikisi Əməkdar artist, biri də Əməkdar incəsənət xadimidir. Hansı ki, bu adlar mədəniyyətin inkişafındakı müstəsna xidmətlərə görə cənab prezident İlham Əliyev tərəfindən verilib. Prezidentin qiymət verdiyinə Natavanın bir söz deməsi bizim üçün plentusdan da aşağıdır. Mən o xanımı çox yaxşı başa düşürəm. Yaşıdları xalq və əməkdar artistlərdir, onun isə bir dənə həvəsləndirici qramotası belə yoxdur”
Bu sözləri "SOY” prodakşının rəhbəri, prodüser Oqtay Əliyev Azxəbər-ə açıqlamasında müğənni Natavan Həbibinin dediklərinə cavab olaraq deyib.
“Müğənnilərdən qazanan belə deməlidir də. Guya söz deyib. Azərbaycan incəsənətinə ən böyük zərbələrdən vuran ailə! Sənətimizi ən abırsız formada dünyaya tanıdan kəslərin də məqsədi bəllidir. Millətin içində sənət nümayəndələrinə nifrət hissi formalaşdıranlar da indi yenə sənətimizi alçaldıb, insanları həqiqətdən yayındırıb, səhv fitva verərlər. Bunları keçmişik. Siz söhbətinizi edin”.