Xəbər verdiyimiz kimi müğənni Natavan Həbibi ilə tanınmış prodüser Oqtay Əliyev arasında narazılıq yaranıb.
Oqtay Əliyevin Natavan Həbibi ilə bağlı fikirlərinə müğənni Azxəbər-in "İnstaqram”dakı səhifəsinin şərh bölümündə cavab verib.
Oqtay Əliyevin "Bizim ailədə 5 nəfər adam var. Onlardan ikisi Xalq artisti, ikisi Əməkdar artist, biri də Əməkdar incəsənət xadimidir. Hansı ki, bu adlar mədəniyyətin inkişafındakı müstəsna xidmətlərə görə cənab prezident İlham Əliyev tərəfindən verilib. Prezidentin qiymət verdiyinə Natavanın bir söz deməsi bizim üçün plintusdan da aşağıdır” fikrinə Natavan Həbibi belə cavab verib:
"Mənə maraqlı deyil neçə nəfərsiniz və nə edirsiniz. Sizə niyə maraqlıdır mənim işim, anlamıram. Soğan yeməmisiniz ki? Kim kimin vəkilidir sizdə? Biri başa salsın ki, qanun hamı üçün qanundur. Bu arada məni övladınızın məclisinə dəvət etmişdiniz. Elə bilirdim hörmətdəndir. Sən demə, sizin kimi böyük insanlar bizi - plintusdan aşağı olanları çağırıb oxutdurursunuz. Köhnə adətinizdir. Pis öyrəşmisiniz də. Köhnə ATV-dəkilər sənətçiləri bağlarında, villalarında "dejurniy” müğənni etmişdilər. Ailədə neçə nəfərsiz məni maraqlandırmır. Öz işinizlə məşğul olun, mənim mövzularıma toxunmayın.
Həmçinin Oqtay Əliyevin "Mən o xanımı çox yaxşı başa düşürəm. Yaşıdları xalq və əməkdar artistlərdir, onun isə bir dənə həvəsləndirici qramotası belə yoxdur” fikrinə də Natavan Həbibi öz cavabını yazıb:
"Adlar məsələsinə gəlincə isə, lap uşaq bağçasında hiss etdim özümü. Ayıbdır, yekə adamlarsınız. Nə xoş sizə ad verilir, maaş verilir. Mən də şükür edirəm ki, mənim sənətim, ruzim var. Ad olmasa da olar. Məni Yaradan sevsin, mənə ad versin. Sizinlə bir yolda olmayaq”.