Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Ərin, uşağın varsa, mələksən demək deyil. Bir çox ərlilər ərsizlərdən betərdilər”

“Ərin, uşağın varsa, mələksən demək deyil. Bir çox ərlilər ərsizlərdən betərdilər”

Müğənni Səmra Rəhimli Xoşqədəm Hidayətqızının verilişində qayınanasının qətli ilə bağlı faktları açıqlayan Əfsanədən yazıb. 

OLAY yazır ki, o, bu barədə instaqramda paylaşım edib. Səmra sözügedən hadisəni törədənləri qınayıb:

“Sosial şəbəkələrdə insanlara qeyrət dərsi keçənlərin çoxunun ailəsi bu vəziyyətdədir. Gəlininin ərinin əmisi oğlu ilə sevgili olduğunu öyrənən qayınananı öldürüblər. Bir-birinin arvadına göz dikməyi türk seriallarına baxıb öyrəniblər? Əsl biqeyrətlik budur. Ərin, uşağın varsa, mələksən demək deyil. İndi bir çox ərlilər ərsizlərdən betərdilər”.

Qeyd edək ki, Əfsanə qayınanasını əvvəlcə özünün öldürdüyünü söyləyib. Araşdırmalar nəticəsində məlum olub ki, qadını Əfsanənin sevgi münasibətinin olduğu əri Elşadın əmisi oğlu Seymur qətlə yetirib.