Xalq artisti Naibə Allahverdiyeva əməliyyata hazırlaşır.
Axşam.az-a açıqlama verən aktrisa bildirib ki, belində ağrılar var və bunu aradan qaldırmaq üçün bıçaq altına yatacaq:
"Həkim deyib ki, əməliyyat olunmalıdır. Sağlamlığım üçün bu əməliyyatı etdirəcəm".
N.Allahverdiyeva plastik əməliyyat etdirməsi haqda xəbərlərə isə belə münasibət bildirib:
"Plastik əməliyyat etdirəndə nə olur ki? İndi məşhurlar yalan olub. Həkim müayinəsinə gedirsən, ancaq evdar xanımlar gəlir. Bu gün rayonda ucqar dağlıq bir yerdə yaşayan xanım da plastik əməliyyat etdirir. Bunu özüm də həkim müayinəsində görümşəm. Qadın hər zaman gözəl görünmək istəyir. Hər yaşda cavan görünmək istəyirsən.
Bədənində, üzündə nəyisə bəyənmirsənsə, bunu düzəltidirmək normaldır. Sənət adamları isə bu gün çox gündəmə gəlir. Əslində, sənət adamlarını plastik əməliyyat olunmağa vadar edən də elə izləyicilərdir. Bir video və şəkil qoyan kimi başlayırlar yazırlar, nə gündəsən, nə hala qalmısan. Sən də bu sözləri oxumaq istəmirsən, gedib əməliyyat olunursan. Əvvəl sənət adamının səsinə, sənətinə qiymət verilirdi. İndi yox, görünüşə baxılır.
Mən də nəsə paylaşanda istəmirəm yazsınlar nə gündəsən, nə köksən... Bunlar mənə psixoloji təsir edir. Allah verdiyi üzdür, bədəndir, niyə elə yazırsınız? İnsanın xarakterindəki gözəlliyi görün.
İndi qadınlar bir yana, kişilər də plastik əməliyyat etdirir. Əgər sağlamlığın icazə verirsə gedin edin, gözəl görünün. Çünki insanlar gözəllik sevir. Yaşlanmağın isə fərqinə varmaq istəmirsən".