Müğənni Sevda Sanəliyeva atasının anasını dəfələrlə bıçaqladığını açıqlayıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə ifaçı “Günün sədası” verilişində qonaq olarkən danışıb. Sevda anası və qardaşının çox əziyyətlər çəkdiyini vurğulayıb:
“Atam üçün oğlan övladı qızdan daha üstün idi. Hətta mən doğulanda həkimləri döymək istəyirmiş. Mənim dörd yaşım olub, döyüləcək yaşda deyildim. Ona görə heç döyülməmişəm. Amma anamla qardaşım çox əziyyət çəkib. Hətta atam anamı dəfələrlə bıçaqlayıb. Atamla anam ölənə qədər boşanmadılar. Düzü, bir qadının övladını tək böyütməsi çox çətindir. İndi mən də uşaqlarımı yalnız böyüdürəm.
Bir qadının övladını tək böyütməsi çətindir. Mən də uşaqlarımı yalnız böyüdürəm. Atam rəhmətə gedəndə məni çağırdı, əvvəl getmək istəmirdim. Sonra getdim, amma çata bilmədim. Dünyasını dəyişmişdi. Mənə nəsə demək istəyirdi, lakin eşidə bilmədim”.