Türkiyəli aktyorlar Hande Erçel və Kerem Bürsinin ayrılması xəbəri təsdiqini tapıb.
OLAY yazır ki, Hande Keremlə olan bütün paylaşımlarını sosial media hesabından silib.
Qeyd edək ki, cütlük “Sen çal kapımı” serialında tanış olub eşq yaşamağa başlamışdı. Onların ayrılması barədə xəbərlər çıxsa da, sənətçilər bu mövzuda açıqlama verməmişdilər.