“Daha bir İbrahim Tatlıses gəlməz, qiymətlisən, dəyərli atam”.
OLAY yazır ki, bu sözləri “İbo Show”un buhəftəki qonaqları sırasında olan müğənni Günel Zeynalova yazıb.
Sənətçi İbrahim Tatlısesin əlini öpdüyü fotoya belə şərh bildirib:
“Deyirdin ki, haqlısansa və sənətinə inanırsansa, heç kimə başını əymə, uğur da səni ərköyünləşdirməsin. Ağac yüksəldikcə, başımı aşağı əyər. Mən də Allahdan başqa heç kimə əyilmədim, çox şükür! Amma sənin kimi dəyərli ustanın əli öpülər, Allah uzun ömür versin!”.
Qeyd edək ki, Günelin qonaq olduğu bölüm bu həftənin bazar günü efirə gedəcək.