Şou biznesin tanınmış müğənnisi Günel Ələkbərova qanunsuz Füzuliyə səfər edildiyi üçün həbs edilən həmkarı Manaf Ağayevə dəstək olan bəzi sənət dostlarını tənqid edib.
SHOWNEWS.AZ-a danışan Günel savadsız danışıq ilə nəinki kömək olursuz. Əksinə özünüzü də, digər sənət adamlarını da gülünc vəziyyətə qoyursuz:
"Bəziləri çıxıb deyir ki, müğənnilər ayağa qalxsın, nə bilim danışsın. Müğənninin ayağa qalxıb danışması nə dəyişəcək ki? Kimisə azad edəcəklər ki? Kimliyindən, şəxsiyyətindən asılı olmayaraq, hər birimizin qanun qarşısında boynu qıldan incədir. Savadsız danışmaq olmaz. Qanun şahdır. Şah qanun deyil. Özü də elə şişirdirlər ki, elə bil iraq olsun 15 illik həbsdədir. Artıq 13 gündən sonra evində olacaq, inşallah. Bəziləri Manafın həbs olunmasından özünə babat gündəm tutur. Bəziləri isə sevinir. Ayıbdır, vallah. Ondansa, susun. Heç danışmayın".
Günel həbs olan müğənni və iş adamı ilə uzun illərdir dostluq etdiyini də deyib:
"Hər ikisi elinin, obasının dəyərli, xeyirsevər övladlarıdır.Manaf bəy də, Sənan bəy də çox gözəl insandırlar. Onların xeyriyyə işlərini bir çoxu bilməsə də, biz sənət adamları və dostları yaxşı bilirik. Allah illərdir bağlı qapı arxasında yatan yaxşıların qapısını açsın. 15 gün nədir ki?!"