Əməkdar artist Elza Seyidcahan növbəti açıqlaması ilə müzakirə yaradıb.
SHOWNEWS.AZ xəbər verir ki, “Sözbaz” proqramına qonaq olan sənətçi övladlarından bəhs edib. Elza deyib ki, o, uşaqları üçün yox, xalqı üçün yaşayır:
“Allahı sevirəm. Övladlar Allahındır. Elə adamlar var ki, deyirlər: “Mən həyatda oğlum-qızım üçün yaşayıram. Onlara heç nə olmasın". O insanlara kasıb kimi baxıram. Mən xalqımız üçün yaşayıram. O qədər cılızam ki, oğlum-qızım üçün yaşayım? Onları böyütmüşəm, öz həyatları var. Mən heç onlara da məxsus deyiləm. Xalqımıza məxsusam, Allahınam. Anamı sevirəm. Uşaqlar da məni sevsin. Niyə onları sevməliyəm? Bol-bol sevgi verdim, evləndirdim, toylarını, uşaqlarının ad günlərini etdim. Edəcəm də. Artıq onlar mənim borcumu qaytarmalıdırlar”.