Müğənni Elton Hüseynəliyev verilişlərə çıxmaq üçün telekanallardan pul istəyən həmkarları Xatirə İslam, Natavan Həbibi və reper Elşad Xoseni tənqid edib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Deməsəm olmaz" proqramında deyib. O bildirib ki, onların istəyi real deyil:
"Qeyri-peşəkar yanaşmadır. Denən, 100 minə toya gedirəm. De və otur evdə səhərə kimi televizora bax. Pul verin, mən gəlmirəm. Gəlmirsən gəlmə, çox sağ ol. Bunu tələb olunan yerdə deyə bilərsən. Hər şeyin öz ölçüsü var. Fikir yaxşıdır, amma xəyaldır. Biz müğənnilər xəyalda yaşamağı xoşlayırıq, real həyat başqadır. Elə hərəkət olur ki, edirsən, kənardan baxırsan düz alınmadı. Siz də düz başa düşülmürsünüz. Zəng edirsən gəl, deyirsən pul istəyirik. Çörək kəsdiyinə belə edə bilməzsən.
Azərbaycanda plagiat məsələsi həll ediləndən sonra buna yanaşmaq olar. Bu bir, iki nəfərin edəcəyi deyil. Köklü dəyişilməlidir və zaman lazımdır. Nüanslar bir-birinin ardınca düz getməlidir. Xatirə, Natavanı başa düşürəm, dəstəkləyirəm. Mən də o fikirdə olmuşam ki, vaxt olacaq efirdən pul alacam. Amma vaxt o vaxt deyil. Birinci plagiatla mübarizə başlamalıdır, həll olunanda başqa şey başlamalıdır. Tələb olunan yerdə qiymət deyə bilərsən. Yaxşı olmayan yerdə deyə bilməzsən 5 min ver".