Aparıcı Zümrüd Bədəlova həyat yoldaşından boşanma ərəfəsində qızı Ləmanın ona dəstək olduğunu etiraf edib.
Bu barədə o, “Bu ana kimi” verilişində danışıb.
Bədəlovanın sözlərinə görə, qızı onun gülüşünü də görüb, gözyaşını da: “Biz bərabər böyümüşük. O qədər məni sakitləşdirdiyi vaxtlar olub. Hər ailədə problemlər, söz-söhbətlər olur. Mənim qızım həmişə o problemlərin mərkəzində olub.
Hətta bizim ailənin dağılmağına belə... O stimulu, həvəsi yaradan qızım olub. 6 ya 7 yaşı olardı. “Mənə görə dözməli deyilsən”, - deyərək özü öz əli ilə mənim çantamı yığıb”.