Türkiyəli müğənni Hadisə ona sosial şəbəkədə xoşagəlməz ifadələr yazan Ümid.S adlı izləyicisindən şikayətçi olub.
Sənətçi həmin şəxsin onu daim izlədiyini və "qorxma səni heç kimə yar etməyəcəyəm, sən tək eşqimsən" kimi ismarıclar yazdığını bildirib.Hadisənin vəkilləri Ümidin 6 il 6 ay həbs olunmasını tələb ediblər. Hakim isə həmin şəxsə 3 min 300 lirə pul cəzası verib.