“Çox xoşbəxt qadınam ki, qızımın atası Kamil Zeynallıdır”.
Bu sözləri “Günün sədası” proqramında müğənni Gülay Zeynallı deyib. O bildirib ki, qız uşağı böyüyəndə ata məsuliyyətinə ehtiyac olur:
“Kamil övladına çox bağlı atadır. Oğlan uşağı haradasa ata-ananın iradı olmadan böyüyə bilər. Amma qız uşağında ata qorxusu, məsuliyyəti olmalıdır. Çox şükür ki, qızım tərbiyəli və ağıllıdır. Böyüdükcə o istəklərini dilə gətirir, biz də razılaşırıq”.