Müğənni Nurlan Əzizbəyliyə ağır itki üz verib.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçinin anası vəfat edib.
Qeyd edək ki, N.Əzizbəylinin anası bir müddət əvvəl koronavirusa yoluxmuşdu. Reanimasiyaya yerləşdirilən mərhumun şəkəri də yüksək olduğu üçün bir çox orqanları zədələnmişdi. O, 15 gündür komada idi.