Türkiyəli müğənni Ebru Gündeş Cənubi Azərbaycandan olan iş adamı Reza Zərrabla boşanması ilə gündəmə gəlmişdi.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı yeni eşqə yelkən açıb. Ebru bu dəfə özündən 20 yaş kiçik olan iraqlı gənc Rassan Hoşnau ilə sevgilidir. Gənc iş adamı Gündeşin bütün konsertlərinə qatılır və ön sırada oturur.
28 yaşlı Rassan 48 yaşlı Ebrunu sonuncu konsertində də izləyərkən qonaqların kamerasına tuş gəlib. Ebrunun isə Sezen Aksunun "Seni istiyorum" mahnısını oxuyarkən ona bir neçə jest etdiyi diqqətdən qaçmayıb.
Bu xəbərin ardından isə iş adamı ilə bağlı başqa bir iddia ortaya çıxıb. Belə ki, Rassan Ebrudan əvvəl Selin Ciğerci ilə qısa münasibətdə olub. Hətta Hoşnau ona 4 milyor lirə dəyəri olan saat bağışlayıb.