Xalq artisti Brilliant Dadaşovanın xarici ölkə studiyalarında “SKRUK” adlı Norveç xoru ile oxuduğu diskdən sonra Nobel Mükafatı Lauriyatlarının 100 illiyinə həsr olunmuş diskdə də Azərbaycan musiqisini təmsil etmək üçün Erik Hildstar tərəfindən yenidən dəvət alıb. Brilliant Dadaşova bu proyektlərdə muğam improvizələrini ifa edib.
Diskdə Dünyanın tanınmış siyasi və ictimai xadimləri Kofi Anan, Nelson Mandella, Dalay Lama, Tereza Ana, Yaser Arafat və başqa önəmli şəxsiyyətlərin sülhə çağırışı da səslənib .
Brilliant Dadaşovanın səsi yazılmış həmin iki disk Avropada yenidən çap olunaraq satışa buraxılıb . Disklərin yenidən çap olunmasına səbəb böyük tələbatların olmasıdır. Disklər Yenidən çap olunduğdan sonra, Brilliant Dadaşovaya da disklərin yeni nüsxəsi hədiyyə göndərilib.