Əməkdar artist Elza Seyidcahan ARB TV-nin “Söz baz” verilişinin növbəti qonağı olub.
SHOWNEWS.AZ xəbər verir ki, atasının evi tərk etməsindən danışıb:
“Atam bizə nə atalıq edib, nə də atasızlığı göstərib. Bəzi atalar uşaqlarına deyirlər ki, anan, nənən,baban pisdir, evdə qan-qaraçılıq salırlar. Mənim atamsa anamı heç vaxt pisləməyib. Bizə maneə olduğunu görəndə pencəyini götürüb getdi. Yeyib-içən insan idi, öz dünyası vardı”.