Rauf Kingsley debüt albomunun ilk mahnısını ötən gün təqdim etdi.
SHOWNEWS.AZ xəbər verir ki, tanınmış reper Paster ilə duet olan "6 AM" adlı duet 24 saat ərzində ölkə üzrə rekorda imza atıb. Mahnı "iTunes"da Azərbaycan üzrə ən çox satılan mahnı olmaqla sıralamada Castin Biber, Niki Minaj, Kanye Vest kimi dünya ulduzlarını geridə qoyaraq ilk pilləyə yüksəlib.
Mahnının uğuru bununla da bitməyib. Rauf və Pasterin ilk dueti Apple Music Top 100: Azerbaijan siyahısında "bütün janrlar" kateqoriyasında 3cü yerə, "hip-hop" kateqoriyasında isə 1-ci yera yüksəlməyi bacarib.
"6 AM" adlı duet "Spotify" da uğur qazanıb. Duet 24 saat ərzində 12500-dən çox dinlənməklə çıxdığı gün "ən çox dinlənilən" mahnı olub.
Qeyd edək ki, layihənin prodüserliyini Clavis, səs dizaynını OD, miksinqini Drek, masterinqi isə Dave Kutcha (Deyv Katç) həvalə edilib. Deyv eyni zamanda Dua Lipa, The Weeknd ve diger starlarin albomlarini master edən dünyaca məşhur musiqiçidir.
Mahnını linkdən dinləyə bilərsiz. https://open.spotify.com/track/1T9xGH3y6w6IMznNzxYZVl?si=kZmyoqPvQeWQc71QZHERqQ