“Sovet dövründə bütün kanallarda gələn qonaqlara qonorar yazılırdı”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov ATV-də yayımlanan “Zaurla Günaydın” verilişində deyib. Sənətçi müğənnilərin efirə gəlmə qarşılığında kanallardan qonorar tələb etməsinə münasibət bildirib.
“Onsuz da verməyəcəklər. Bu mövzuya heç toxunmayaq. Ha istəsək də. Bu, sovet dövründə var idi. Mən almışam”, - deyə, Coşqun söyləyib.
Qeyd edək ki, müğənnilər Xatirə İslam, Natavan Həbibi və reper Elşad Xose efirə pul qarşılığında çıxacaqlarını bildirib.