Müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət xalq artisti Flora Kərimova tərəfindən verilib.
Bu barədə APA-ya açıqlamasında Flora Kərimova bildirib.Xalq artistinin sözlərinə görə, Afət Fərmanqızı onun müalicəsi barədə qeyri-etik ifadələr işlədib: "Mən xalq artistiyəm, sənətkaram. Afət
Fərmanqızı mənim şərəf və ləyaqətimi təhqir edib. Həmçinin, ailə üzvlərim barəsində etik olmayan ifadələr işlədib. Ümid edirəm ki, məhkəmə mənim nüfuzumu və təhqir olunmağımı əsaslı hesab edəcək, ədalətli qərar verəcək".
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.