Meyxanaçı Namiq Qaraçuxurlu "Həmin Zaur" verilişində qonaq olub.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçi efirdə az görünməsinin səbəbini açıqlayıb. O, bəzi aparıcıları da tənqid edib:
"Həvəslənmək, efirə çıxma istəyirəm. Kanalı açıram, qarşıma elə şey çıxır ki, söndürürəm. Deyirəm, başqa işlə məşğul olum, problem budur. Baxıram müğənni oxuyur, elə mövzuda ifa edir ki, biabırçılıqdır. Efirə vermək olmaz. Gözləyirəm aparıcı irad bildirsin ki, bu nə mahnıdır? Aparıcı qoşulur ona və deyir ki filankəsdən ismarıc gəldi, nə gözəldir. Sözüm böyük çıxmasın, mən kiməm ki, bizim sənətkarlarımız var. Görün, onlar nələr çəkirlər. Düşünürəm ki, belə şeylərə görə onlar efirdən qaçır. Bir tərəfdən də sosial şəbəkə faktoru var. Olmasaydı, bəlkə də bu qədər naz etməzdik".