Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yasa gedib cərimələnənlərə görə Günel OD PÜSKÜRDÜ

Yasa gedib cərimələnənlərə görə Günel OD PÜSKÜRDÜ

Meyxanaçı Vüqar Biləcərinin dəfnindən sonra 60 nəfərin, o cümlədən, bir sıra məşhur meyxanaçıların bölməyə aparılıb cərimələnməsi müğənni Günel Ələkbərovanı qəzəbləndirib.

 

SHOWNEWS.AZ xəbər verir ki, sənətçi hadisə ilə bağlı təəssüf hissi keçirdiyini bildirib:

 

“Vallah, belə olmaz! İnsanlar ölüsünə ağlayıb, onu urvatlı şəkildə son mənzilə yola da sala bilmir. İnsanlar bir-birlərinə hörmətlərini məhz xeyir-şərlərinə getmələri ilə bildirirlər. Axı biz insanıq, robot deyilik. Toyu anladıq, amma yas gözlənilmədən baş verən hadisədir. Bu məsələdə insanların ölüsünə hörmət olmalıdır. Bu insanlar əzizlərini itirib. Onların nələr çəkdiyini yayılan videolardan da aydın görmək olurdu. Zərbə alan insana bunu etmək insanlığa sığmaz. Bu kimi şeylər insanları bir-birindən uzaqlaşdırır, yadlaşdırır. Allah özü bizim köməyimiz olsun. Cavan ustada da Allah rəhmət eləsin. Əzizlərinə və ailəsinə Allahdan səbr diləyirəm”.