Müğənni Şəbnəm Tovuzlu aparıcı Sərxan Kərəmoğlunun Bakıya qayıda bilməyib Rusiyada qalan sənət adamlarını tənqid etməsinə münasibət bildirib.
Axşam.az xəbər verir ki, uçuşlar dayandığı üçün 50 min ziyana düşdüyünü deyən Şəbnəm ötən gün Moskvaya yollanıb. O qeyd edib ki, toya ancaq ucuz qonorarla gedənlər bundan gileylənir:
"Toya 8 min dollara gedən yol tapıb gedəcək. Sərxan düz deyir. Çoxları toya 2 min dollara gedir deyə, indi qalıblar orada, qayıda bilmirlər. Mənim də toyum qalmışdı. Amma 5 min manat verib iki nəfərə bilet aldım. Özü də birtərəfli uçuş üçün. Toyumun qiymətini də üçqat artırdım. Çoxları sevinirdi ki, Şəbnəm Moskvaya gələ bilməyəcək, toylar onlara qalacaq. Amma olmadı, gəldim və toylarımı aparacağam”.