Müğənni Günel Zeynalova instaqramda izləyicilərinin ona ünvanladığı sualları cavablandırıb.
Axşam.az xəbər verir ki, sənətçi həmkarlarının səhnə geyimlərindən yazıb.
Günel "Səhnədə rəsmən soyunan sənətçilər haqqında bir fikriniz var? Heç xoş deyil" sualına belə cavab verib:
"Qızlar hər zaman bir taclı şahzadə geyimləri xəyal edib böyüyürlər. Bu da mən... Heç kimi qınamıram. Kiminsə geyinməsinə nəsə demirəm. Əlbəttə ki, gözə, qulağa xitab etmək önəmlidir. Amma hər şey qədərində... Tək səhnə üçün demirəm, hər şeydə ölçünü qorumaq önəmlidir. Sonradan peşman olacağın, utanacağımın şeyləri indi dəbdir deyə etməməlisən. Sənət çılpaqlıq olub. Tamaşaçılar, alqışlayanlar rəssam deyil ki...".
Qeyd edək ki, Türkiyə şou-biznesində son günlər Gülşən açıq geyimləri ilə gündəmdən düşmür.