Əməkdar artist Bəhram Bağırzadə "Fatehin divanı" proqramının qonağı olub.
SHOWNEWS.AZ xəbər verir ki, aktyor əvvəllər Bakıda məşhur olan "qədeş" ifadəsindən danışıb:
"Xoşbəxtəm ki, Bakını 1970-ci illərdə görmüşəm. O vaxt deyirdilər ki, "Gedək filan qədeşin yanına məsələ həll edək". Hər adama bu sözü deməzdilər. Hörmətli adamlara "qədeş" deyirdilər. İndi "qədeş"i elə bil "çuşka" sözünə birləşdiriblər. Əvvəllər belə deyildi. Mənim yadımdadır ki, həmin o "qədeş"lər aerodrom papaq taxıb taksi sürücüsü işləyirdilər. Maşına arxada bir xanım oturanda güzgünü qaldırırdılar ki, onu görməsinlər. Nə üçün? Ayıbdır... İndi başa düşürəm ki, əsl kişi, namus, qeyrət budur".